Fransa millisi və "Mançester Yunayted"in üzvü Pol Poqba karyerasını İspaniya La Liqasında davam etdirmək istəyir.

Offsideplus.az "Daily Star"a istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi gələn yay azad agent olaraq "Real"a keçməyi planlaşdırır. 

Koronavirus pandemiyası səbəbindən La Liqanın klublara qoyduğu transfer qaydalarından sonra "Real" transfer gücünü 2022-ci ilə saxlayıb. Müqavilələrinin müddəti gələn yay başa çatacaq Poqba və Kilian Mbappeni pulsuz heyətinə qatmağa ümid edən Madrid təmsilçisi Erlinq Haalandı "Borussiya"dan satın almağa hazırlaşır. 

PSJ-nin də hədəfində olan Pol Poqbanın "Kral klubu"na keçidi baş tutarsa, gələn yay Mbappe və Haalandla komanda yoldaşı ola bilər.