"Barselona" yeni transferləri Memfis, Erik Qarsiya və Rey Manajı nəhayət, La Liqadan qeydiyyatdan keçirib.
Offsideplus.az xəbər verir ki, bu futbolçuların qeydiyyata salınmasında Jerar Pikenin böyük rolu olub. Belə ki, 34 yaşlı müdafiəçi maaşının azaldılmasına razılıq verib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Hər üç futbolçu La Liqanın I turunda "Real Sosyedad"la baş tutacaq oyunda iştirak edə biləcək.