İspaniyanın “Barselona” klubu ciddi itki ilə üzləşib.
Offsideplus.az xəbər verir ki, Kataloniya təmsilçisinin hücumçusu Serxio Aquero sıradan çıxıb.
Klubun mətbuat xidmətinin yaydığı məlumatda Aqueronun son durumunun tibbi müayinədən sonra bilinəcəyi qeyd olunub.
İlkin ehtimala görə, 33 yaşlı hücumçu 3 ay oynaya bilməyəcək.
Qeyd edək ki, La Liqada yeni mövsümə avqustun 13-də start veriləcək. “Barselona” ilk turda - avqustun 15-də “Real Sosyedad”ı qəbul edəcək.