Lionel Messinin ardından daha bir ulduz futbolçu "Barselona"nı tərk edə bilər.
Offsideplus.az xəbər verir ki, sözügedən oyunçu Serxio Aquerodur.
"Beteve" nəşri Aqueronun nümayəndələri klubla müqavilə şərtlərinə yenidən baxmaq istədiyini yazıb.
Belə ki, "Barselona" rəhbərliyi 33 yaşlı hücumçuya sözləşmə imzalanarkən Messi ilə birlikdə oynayacağına dair söz verib.
Xatırladaq ki, "Barselona" mayın 31-də Serxio Aquero ilə iki illik müqavilə imzalayıb. Klub avqustun 5-də Lionel Messi ilə yollarını ayırıb.