İspaniya La Liqasında geridə qoyduğumuz həftə hansı hadisələrlə yadda qalıb?

Offsideplus.az rəsmi tərəfdaşı La Liqa-ya istinadən ötən həftə baş verən yeni transferlər, gələn mövsümə hazırlıq və maraqlı olaylarla bağlı məlumatları sizə təqdim edir:

La Liqa klubları 2021/22 sezonu üçün hazırlıqlarını davam etdirir.

WhatsApp Image 2021 08 04 at 17.40.10 9

Gələn mövsümə yaxşı formada daxil olmaq istəyən komandalar yoldaşlıq matçları keçirib. Avropa Liqası çempionu "Vilyarreal" Fransada "Marsel", "Real Betis" komandası isə İngiltərədə "Lids Yunayted"lə üzləşib. Son çempion "Atletiko" "Volfsburq" üzərində 2:1 hesablı qələbə qazanıb, "Barselona" isə "Ştutqart"ı 3:0 hesabı ilə məğlub edib. Yeni transferlər Memfis Depay və Yusuf Demir həmin qarşılaşmada fərqlənib.

Bu həftə isə "Vilyarreal" - "Lester Siti", "Barselona" - "Zaltsburq", "Valensiya" - "Milan", "Aston Villa" - "Sevilya", "İnter" - "Real", "Liverpul" - "Atletik" və "Barselona" - "Yuventus" hazırlıq matçları baş tutacaq.

Tokio-2020-də fərqlənən La Liqa futbolçuları.

WhatsApp Image 2021 08 04 at 17.40.10 8

Olimpiya futbolunda mübarizə İspaniya və Braziliya komandaları arasında davam edir. Hər iki komandada La Liqa oyunçuları olduğundan, ən azı bir Olimpiya çempionu bu mövsüm La Liqada mübarizə aparacaq. İspaniya çempionatında çıxış edən 19 futbolçudan ibarət İspaniya millisi 7 avqust tarixində finalda "Sevilya"nın müdafiəçisi Dieqo Karlosun komandası Braziliya ilə qarşılaşacaq.

Dani Karvahalla yeni müqavilə.

WhatsApp Image 2021 08 04 at 17.40.10 2

Ötən mövsüm "Real"  futbolçusu Dani Karvahalla müqaviləsini yenilədi. İspaniyalı müdafiəçi 2025-ci ilədək "Kral klubu"nun şərəfini qoruyacaq.

"Selta" Xavi Qalanı heyətinə qatdı.

WhatsApp Image 2021 08 04 at 17.40.10 4

2020/21 mövsümündə "Hueska"da yaxşı performans sərgiləyən Xavi Qalanın yeni klubu bəlli olub. Avropanın bir çox klublarının hədəfində olan 26 yaşlı müdafiəçi ötən həftə "Selta"ya transfer olunub.

Xose Fontan daha 4 il "Selta"da.

WhatsApp Image 2021 08 04 at 17.40.10 5

"Selta" yetirməsi olan Xose Fontan yeni müqavilə imzalayıb. 21 yaşlı müdafiəçi 2025-ci ilədək "Selta"nın formasını geyinəcək. O, 2020-ci ildən əsas komandada çıxış edir.

"Sevilya"da transfer mübadiləsi.

Əndəlüs təmsilçisi ötən həftə "Tottenhem"lə transfer mübadiləsi edib. Futbolçusu Brayan Gili London klubuna göndərən "Sevilya", Erik Lamelanı heyətinə qatıb. La Liqada oynamaq xəyalını qurduğunu deyən Lamela, 2021/22 mövsümündə "Sevilya"nın uğruları üçün əlindən gələni edəcək.

Serxi Qomes Kataloniya klubuna geri dönür.

WhatsApp Image 2021 08 04 at 17.40.10 1

La Liqaya vəsiqə qazanan "Espanyol" İspaniyanın TOP liqası üçün heyətini gücləndirir. "Sevilya"dan Serxi Qomesi transfer edən "ağ-göylər", 29 yaşlı müdafiəçi ilə 3 illik müqavilə bağlayıb.

"Barselona" Yordi Kroyfu geri qaytardı.

Yohan Kroyfun oğlu Yordi Kroyf 25 il sonra "Kamp Nou"ya geri dönüb. 47 yaşlı hollandiyalı "Barselona"nın prezidenti Xuan Laportanın yanında idman məsləhətçisi vəzifəsində çalışacaq. 

Qeri Lineker "LaLigaTV"yə qoşulur.

WhatsApp Image 2021 08 04 at 17.40.10 3

"Barselona"nın sabiq hücumçusu Qeri Lineker "La Liqa TV"yə qoşulmaqla İspaniya futboluna qayıdıb. İngiltərəli mütəxəssis bir neçə həftəlik şoularda peyda olacaq.