Avqustun 2-də Leo Messinin "Barselona" ilə məşqlərə qoşulacağı gözlənilsə də, bu baş tutmayacaq.
Offsideplus.az "Forbes"ə istinadən xəbər verir ki, 34 yaşlı hücumçu hələ də İbizada məzuniyyətdədir. 30 iyun tarixindən klubla müqaviləsi başa çatan Leo, yeni sözləşmə imzalanana qədər məşqlərə qoşulmayacaq.
Beləliklə o, avqustun 4-də "Zaltsburq"la yoldaşlıq matçını, avqustun 8-də isə "Yuventus"la Joan Qamper kuboku final oyununu buraxacaq.