Jerom Boatenq karyerasını İspaniyada davam etdirə bilər.
Offsideplus.az "Sport 1"ə istinadla xəbər verir ki, təcrübəli mütəxəssislə "Sevilya" yaxından maraqlanır. 32 yaşlı müdafiəçinin azad agent statusuna malik olması ispanların ürəyincədir. Lakin Boatenq hələ ki, təklifi müsbət cavablandırmayıb.
Qeyd edək ki, Almaniya millisinin sabiq üzvü ötən mövsüm "Bavariya"da meydana çıxdığı 27 oyunda 2 qol vurub, 1 məhsuldar ötürmə vermişdi.