"Barselona"nın futbolçusu Jerar Pike İnstaqram səhifəsində yeni imicini paylaşıb.
Offsideplus.az xəbər verir ki, 34 yaşlı müdafiəçi şəkilin altına "daha gənc" sözlərini yazıb. "Real"ın əfsanəsi İker Kasilyas kimisə axmaq adlandırmaq üçün alçaldıcı bir termin olan "monguer", deyə şərh yazıb.
Pike isə Florentino Peresin Raul və Kasilyas barədə yayılan audioyazılarına atmaca olaraq ispaniyalı sabiq qolkiperi bu sözlərlə pərt edib: "Bu Florentinonun səsyazmalarda sən haqda dediyi söz deyil?".
Qeyd edək ki, "El Confidencial" nəşri "Real"ın prezidentinin Raul Qonsales və İker Kasilyası fırıldaqçı adlandırdığı audioyazıları sızdırıb.