"Atletiko"nun futbolçusu Stefan Saviç "Vijesti"yə müsahibə verib.
Offsideplus.az xəbər verir ki, o, müsahibəsində "Qarabağ"la oyunları da xatırladıb:
"Çempionlar Liqasında qrupdan çıxa bilməməyimiz həqiqətə də hər kəs üçün böyük sürpriz oldu. O dövrdə biz pis vəziyyətdə idik, "Qarabağ"ı hər iki görüşdə yenə bilməmişdik. Bundan sonra Avropa Liqasında oynamaq kədərli görünürdü. Lakin sonda hamımız topalanaraq, finala yüksəldikdə, bunun nə olduğunu gördük. Çempionlar Liqasının 1/8 final və ya 1/4 final mərhələlərində oynamaqdansa, Avroliqanın qalibi olmaq bəlkə də daha yaxşıdır".
O bildirib ki, Madrid klubu qrupdan çıxmağa layiq idi:
"Bu,"Çelsi" və xüsusisə, "Roma" ilə matçlarda özünü göstərdi. Hər iki komandadan üstün idik. Amma "Qarabağ"la görüşlər bizə Avroliqaya keçid bahasına başa gəldi. Düşünürəm ki, gələn mövsüm biz Avropa futbolunun ən yüksək zirvəsinə qayıdacaq".