"Barselona" Avstriyanın "Rapid" klubunun türk əsilli futbolçusunu heyətinə qatıb.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 2021-22 mövsümünün sonunadək Yusuf Demiri icarəyə götürüb. O, "Barselona"nın B komandasında forma geyinəcək.

Keçid üçün Vyana təmsilçisinə 500 000 avro ödəniş edən "Barsa"nın 10 milyon avroya birbaşa transfer etmək hüququ var.

18 yaşlı türk əsilli forvard Avstriya millisində çıxış edir. "Rapid"in akademiyasında yetişən Demir, ötən mövsüm Avstriya təmsilçisi ilə çıxdığı 28 oyunda 9 qol vurub, 4 məhsuldar ötürməyə imza atıb.