Madrid "Real"ı futbolçusu Naço Fernandeslə müqaviləsini uzadıb.

Offsideplus.az xəbər verir ki, yeni razılaşma 2023-cü ilin yayınadək nəzərdə tutulub.

31 yaşlı müdafiəçi klub akademiyasına düşdüyü 2001-ci ildən "Real Madrid"də çıxış etməyə başlayıb.

Qeyd edək ki, o, ötən mövsüm La Liqada 24 oyuna 1 qol vurub.