1983-cü ilin sentyabrında "Atletik"in futbolçusu Andoni Qoykoeça Dieqo Maradonanı zədələmiş və 3 ay yaşıl meydanlardan uzaq qalmasına səbəb olmuşdu.

 

Offsideplus.az xəbər verir ki, 1984-cü ilin 5 mayında baş tutan İspaniya Kuboku finalında "Atletik Bilbao""Barselona" komandaları üz-üzə gəldi. Gərgin keçən qarşılaşmada Bilbao təmsilçisi "katalonlar"a qarşı çox sərt oynayırdı. "Atletik"in 1:0 hesablı qələbəsi ilə başa çatan oyunda "Barsa" kuboku itirdi. 

Final fitindən sonra "Barselona" və "Atletik" futbolçuları arasında dava düşdü. "Qırmızı-göylər" qabaqlarına çıxan bütün rəqib oyunçuları döyürdülər. İspaniya kralı Xuan Karlos və 100 000 nəfərlik tamaşaçı önündə futbolçuları təpik, kunq-fu fəndləri ilə döyən Maradona üçün bu, son idi...

Həmin yay argentinalı ulduzun klubun adını ləkələndiyi açıqlanaraq, "Barselona"dan "Napoli"yə transfer olundu.