"Barselona"nın prezidenti Xuan Laporta Leo Messi barədə açıqlama verib.
Offsideplus.az-ın məlumatına görə, bu gün səhər ofisinə gedərkən, Laporta argentinalı ulduzun yeni müqaviləsi barədə bu sözləri deyib: "Hər şey yolundadır".
Qeyd edək ki, klubun prezidenti daha öncə də, yeni sözləşmənin imzalanması ilə bağlı müsbət açıqlamalar vermişdi.
Xatırladaq ki, iyul ayından etibarən azad agent olan 34 yaşlı hücumçu, 2004-cü ildən "Barselona"nın şərəfini qoruyur.