"Barselona"nın yeni transferləri sözün əsl mənasında "əlində qalıb".
Offsideplus.az İspaniya mətbuatına istinadən xəbər verir ki, "Barselona" yeni transferləri Memfis Depay, Serxio Aquero və Erik Qarsiyanı qeydiyyatdan keçirə bilmir.
Klub futbolçuları Jan-Kler Todibo, Junior Firpo və De La Fuenteni satsa da, ən azı 200 milyona qədər əmək haqqını azaltmalıdır.
Əsas məsələ isə "Barselona"nın heç bir futbolçusu nə maaşının azaldılmasına, nə də komandadan getməyə razı deyil.