"Tottenhem"də keçirdiyi mövsümün ardından Qaret Beyl "Real"a geri dönür.

Offsideplus.az "Daily Mirror"a istinadən xəbər verir ki, 31 yaşlı hücumçu La Liqanı tərk edə bilər. Belə ki, Beyl karyerasını ABŞ-da davam etdirməyi düşünür. Uelsli forvardla MLS-in "Los-Anceles Qalaksi" klubu yaxından maraqlanır.

"LA Qalaksi"də Stiven Cerrad, Devid Bekhem, Zlatan İbrahimoviç kimi Avropanın bir çox öndə gedən futbolçuları forma geyinib.

Qeyd edək ki, Qaret Beylin "Real"la müqaviləsinin müddəti 2022-ci ilin iyunun 30-da başa çatır.