"Barselona" futbolçusu Samuel Umtitini satmaq istəyir.
Offsideplus.az İspaniya mətbuatına istinadən xəbər verir ki, rəhbərlik ötən mövsümün sonunda 28 yaşlı müdafiəçiyə onu transferə çıxarmaq istədiklərini bildirib.
Lakin 28 yaşlı oyunçu 2023-cü ilin yayında başa çatacaq müqaviləsinin sonunadək komandada qalmağı planlaşdırır. Bu səbəbdən tərəflər ortaq qərara gəlməkdə çətinlik çəkirlər.
Qeyd edək ki, Samuel Umtiti 2016-cı ildən "Barselona"da çıxış edir.