"Real"ın futbolçusu Ferlan Mendi klubdan maaşının artmasını istəyib.

Offsideplus.az "Marca"ya istinadən xəbər verir ki, "Kral klubu" 26 yaşlı müdafiəçinin təklifini rədd edib.

Qeyd edək ki, "Real" fransalı futbolçunu 2019-cu ildə 53 milyon avroya heyətinə qatıb.