Jironadakı "Munsipial de Montilivi" stadionunda Sequndanın pley-off mərhələsinin cavab görüşü baş tutub.
Offsideplus.az xəbər verir ki, "Jirona" "Rayo Valekano"nu qəbul edib və qonaqlar 2:0 hesablı qələbəyə sevinib. Oyunun taleyini isə Zinədin Zidanın oğlu Luka Zidan həll edib. Stole Dimitrievskiy Makedoniya millisinin heyətində Avro-2020-də çıxış etdiyindən, baş məşqçini "çərçivə"ni Zidana tapşırıb. Luka ilk hissədə 2, ikinci yarıda daha 1 möhtəşəm seyvlə yadda qalmaqla komandasına həyat verib. Nəticədə "Rayo Valekano" La Liqaya vəsiqə qazanıb.
Oğlunun çıxışından fərəhlənən Zinədin Zidan şəxsi "instaqram" hesabında Lyukun qurtarışlarının fotosunu paylaşıb.
Qeyd edək ki, oğul Zidan "Real"ın yetirməsi sayılır və 2020-ci ildən "Rayo Valekano"da çıxış edir.