"Real"ın sabiq baş məşqçisi Fabio Kapello həmyerlisi Karlo Ançelottinin "Kral klubu"na növbəti dəfə baş məşqçi təyin olunmasına münasibət bildirib.
Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis bu barədə AS-a danışıb: "Açelotti - bu, əla seçimdir. Klubu yaxından tanıyır, ispanca bilir və futbolçularla ünsiyyət qurmağı yaxşı bacarır. Ançelotti "Real"ın hazırkı vəziyyətdə tapa biləcəyi ən yaxşı məşqçi idi".
Qeyd edək ki, Kapelli 1996-97 və 2006-07 mövsümlərində "Real"ı çalışdırıb.