"Real" Almaniyada çıxış edən portuqaliyalı müdafiəçini transfer etməkdə maraqlıdır.
Offsideplus.az "Goal"a istinadla xəbər verir ki, madridlilər Dortmund "Borussiya"sının müdafiəçisi Rafael Gerreyronu transfer etməyə hazırlaşır. "Blankos"un yeni baş məşqçisi Karlo Ançelotti 27 yaşlı müdafiəçinin oyununu bəyənir. Odur ki, rəhbərlikdən Rafaelin transfer olunmasını istəyib. "Borussiya" hazırda Avro-2020-də Portuqaliya yığmasının sıralarında olan futbolçusunu 60 milyon avrodan aşağı məbləğə satmağa razı deyil.
Qeyd edək ki, Gerreyru Portuqaliya - Fransa matçında 39-cu dəqiqədə avtoqol müəllifi kimi yadda qalmışdı.