"Barselona"nın prezidenti Xuan Laporta klubun maliyyə durumu barədə açıqlama verib.
Offsideplus.az "La Vanguardia"ya istinadən xəbər verir ki, 58 yaşlı funksioner klubun poblemlərindən söz açıb:
"Çətin situasiya ilə qarşılaşacağıma əmin olsam da, klub gözlədiyimdən daha pis vəziyyətdədir. Bizim əl-qolumuzu bağlayan bəzi müqavilələr var. Bəzi şeylər izah olunmalı və heç bir tədbir görməyəcəm. "Hər şey izah ediləcək, əks təqdirdə günahkar tərəf ola bilərik. Müqavilələrdə həmişə eyni insanlar yer alır".