2019-cu ilin 19 iyun tarixində "Real" 53 milyon avroya satın aldığı yeni oyunçusunun təqdimetmə mərasimi keçirildi.

Offsideplus.az rəsmi tərəfdaşı La Liqa-ya istinadən xəbər verir ki, Ferlan Mendi "Santyaqo Bernabeu"da təqdim olunarkən çox da tanınmış deyildi. Lakin "Lion"un sabiq müdafiəçisi sonradan "Kral klubu"nun heyətində özünə yer edə bildi. Gəlişindən bir müddət sonra zədələri ilə gündəm olan Mendi, növbəti iki mövsüm boyu start "11-liy"ə düşməyi bacardı.

26 yaşlı futbolçunun gələn mövsümlərdə də Madrid təmsilçisinin müdafiə xəttinə töhfələrini verəcəyi gözlənilir.