Serxio Ramosun "Real"dan ayrılması ilə klub tarixində bir ilk yaşanacaq.

Offsideplus.az "Marca"ya istinadla xəbər verir ki, komandanın yeni kapitanı Marselo olacaq. Vitse-kapitanlar isə Kərim Benzema ilə Rafael Varan. "Real"in tarixində sonuncu dəfə əcnəbi kapitan 1904-cü ildə olub. Həmin vaxt madridliləri meydana qvatamelalı Federiko Revyerto çıxarırdı. Həmin gündən sonra "blankos" meydana ancaq ispan kapitanların rəhbərliyi altında çıxıb. 

Qeyd edək ki, Ramos "Real"ın formasını 2005-ci ildən geyinib, 2016-cı ildən qolunda kapitanlıq sarğısını daşıyıb.