Serxio Ramos bu gün baş tutacaq mətbuat konfransında "Real"la vidalaşacaq. Geriyə yalnız bir sual qalır: "Santiyaqo Bernabeu"da keçirdiyi 16 ildən sonra yeni klubu hansı olacaq?

Offsideplus.az "Marca"ya istinadən xəbər verir ki, zədə və yaş amilinə əsasən ən azı 2 il ispaniyalı müdafiəçi yüksək performansını davam etdirə bilər. Ramos vergi sisteminin uyğun olduğu İtaliyaya və ya İngiltərənin Mançester klublarından birinə yollana bilər.

Bir müddət adı PSJ klubu ilə hallansa da, Paris təmsilçisi 35 yaşlı oyunçunu heyətinə qatmağı düşünmür. Ramos iki il öncə Çinə yollanmağa yaxın olsa da, Çin klubları da təcrübəli müdafiəçi ilə maraqlanmır.