Bu gün "Real"ın "Atletiko"nu məğlub edərək 27-ci dəfə La Liqa çempionu olmasından 24 il keçir

Offsideplus.az rəsmi tərəfdaşı La Liqa-ya istinadən xəbər verir ki, 1997-ci ilin 13 iyun tarixində "Kral klubu" Madrid derbisində "Atletiko" ilə qarşılaşdı. Raul Qonzales, Fernando Yerra və Predraq Miyatoviçin qolları ilə "matrasçılar"ı 3:1 hesabı ilə məğlub edən "Real" mövsümün bitməsinə bir gün qalmış çempionluğunu rəsmiləşdirdi. 1996-cı ilin yayında "Milan"dan gələn Fabio Kapello Madrid komandası ilə sezonu məğlubiyyətsiz başa vurdu.

İspaniyada keçirdiyi 12 aydan sonra yenidən "Milan"a qayıdan italiyalı mütəxəssis bu komanda ilə 6 ildə 3 Çempionlar Liqası qazandı. 

2006-cı ildə "Real"a geri dönən Kapello, bir daha La Liqa çempionu oldu.