Klassik qollar, futbolçular və əlamətdar anlarla seçilən La Liqada bu günün tarixinə boylandıq.

Offsideplus.az rəsmi tərəfdaşı La Liqa-ya istinadən 13 iyun tarixində baş verən hadisələri təqdim edir:

13 iyun, 2019-cu il. Eden Hazard "Santyaqo Bernabeu"da "Real"ın futbolçusu olaraq təqdim edildi.

WhatsApp Image 2021 06 13 at 17.30.13 1

2019-cu ilin bu günü 50 000 azarkeş La Liqa matçı üçün yox, "Real"ın yeni transferi Eden Hazardı görmək üçün "Santyaqo Bernabeu"ya yığışmışdı. Belçikalı ulduz La Liqadakı karyerasına başlamaq üçün yeni formasındakı "Kral klubu"nun loqosunu öpərkən, təqdimat mərasimi alqış səslərinə büründü. Hazardın "Real"dakı iki mövsümü istədiyi qədər uğurlu alınmasa da, 30 yaşlı hücumçunun bacarığı göz önünüdədir. Formasında qala bilsə, Eden La Liqa və bütün dünya üçün bir ulduzdur.

13 iyun, 2010-cu il. "Real Sosyedad" aid olduğu yerə qayıdır...

WhatsApp Image 2021 06 13 at 17.30.13

Real Sociedad return to LaLiga Santander 20102010-cu ilin 13 iyun tarixində Xabi Pryeto və Karlos Buenonun qolları sayəsində "Real Sosyedad" "Selta" üzərində 2:0 hesablı qələbə qazandı. Bununla da "ağ-mavilər" 3 gərgin mövsümdən sonra nəhayət La Liqaya yüksəlməyi bacardılar. 

Real Sociedad return to LaLiga Santander 2010