"Barselona" yüksək ödənişli futbolçusundan qurtulmaq istəyir.

Offsideplus.az "Calciomercato"ya istinadla xəbər verir ki, katalonlar Antuan Qrizmannı başqa kluba göndərmək niyyətindədir. Hətta bununla bağlı "Yuventus"a müraciət olunub. İspanların italyanlara etdikləri icarə müqaviləsi təklifində fransız futbolçunun maaşının 80 faizinin "Yuve", 20 faizinin "Barsa" tərəfindən ödənilməsinin mümkünlüyü diqqətə çatdırılıb.

Qeyd edək ki, Antuan "Barselona" formasında keçirdiyi son mövsümdə 53 matçda 21 qol vurub.