"Barselona"nın müdafiəçisi Jerar Pike "Borussiya"nın gənc ulduzu Erlinq Haaland barədə danışıb.

Offsideplus.az "Marca"ya istinadən xəbər verir ki, 34 yaşlı futbolçu Kataloniya təmsilçisinin Haalandı transfer edəcəyinə ümid edir:

"Heç bir fikrim yoxdur, ümid edirəm ki, o, "Barselona"ya gələcək. Böyük futbolçular bizimlə olmalıdır, lakin bu klubun verəcəyi qərardır".

Qeyd edək ki, "Borussiya" 20 yaşlı hücumçu üçün 200 milyon avro satış qiyməti qoyub.