"Mançester Siti"nin azarkeşləri Serxio Aqueronun "qırmızı"nı "mavi"dən üstün tutmasından məmnun deyil.

Offsideplus.az xəbər verir ki, 33 yaşlı hücumçu "Barselona"nın "Youtube" kanalında 90 saniyə ərzində ona ünvanlanan sualları cavablayıb. Kataloniya təmsilçisinin rəngləri barədə verilən "Qırmızı, yoxsa mavi?" sualına Aquero "qırmızı" deyib. 

 Nəticədə "Mançester Siti" tərəfdarları 10 il komandanın formasını geyinmiş futbolçunun cavabına qəzəbləniblər.