Xosep Qvardiola "Barselona"da keçirdiyi 11 il ərzində yarımmüdafiə xəttinin öndəgedənlərindən olmasa da, 263 La Liqa matçında 6 qol vurmağı bacarıb.
Offsideplus.az rəsmi tərəfdaşı La Liqa-ya istinadən xəbər verir ki, Pep Kataloniya təmsilçisi ilə sonuncu qoluna 2001-ci ilin 10 iyununda "Real Valyadolid"ə qarşı matçda imza atıb. 2:2 hesabı ilə başa çatan oyunun 2-ci dəqiqəsində ispaniyalı yarımmüdafiəçi cərimə zərbəsindən La Liqadakı son qolunu vurdu.
Əlbəttə, Qvardiola sonradan "Kamp Nou"ya geri döndü. 2007-08 mövsümündə baş məşqçilik etdiyi "Barselona B" komandasını 3-cü liqaya yüksəltdi. Daha sonra əsas komandanın başına keçən Pep, 3 La Liqa titulu və 2 Çempionlar Liqası qalibi oldu. 50 yaşlı mütəxəssis "Bavariya" ilə Bundesliqada tarix yazandan sonra, 2016-cı ildə "Mançester Siti"nin sükanı arxasına keçdi.