Serxio Ramos "Real"la vidalaşacaq.

Offsideplus.az ABC-a istinadla xəbər verir ki, kapitan klub rəhbərliyinin yeni müqavilə şərtlərini qəbul etməyib. Mənbənin məlumatına görə, klub prezidenti Florentino Peres Ramosla təntənəli vida mərasimi keçirməyi planlaşdırır. 35 yaşlı müdafiəçi isə mətbuat konfransı keçirib, məktub yazmaq fikrindədir. Bununla da məşhur futbolçu xidmətinə ehtiyac duyan klublardan biri ilə anlaşacaq.

Qeyd edək ki, "Kral klubu" Serxio ilə 1 illik anlaşmaya hazır olsa da, səbəbkar azı 2 illik müqavilə şərtləri istəyir.