Madrid "Atletiko"su "İnter"in hücumçusu ilə güclənmək istəyir. 

Offsideplus.az AS-a istinadla xəbər verir ki, Dieqo Simeone Lautaro Martinesin xidmətində maraqlıdır. Argentinalı forvard həmyerlisinin rəhbərliyi altında çıxış etməyə həvəsli olsa da, italyanların tələb etdiyi pul "Atletiko"nun işini çətinə salıb. Belə ki, "İnter" 23 yaşlı futbolçuya görə 70 milyon avro tələb edir. Madrid təmsilçisi isə ən yaxşı halda 55 milyon ödəməyə hazırdır.

Qeyd edək ki, Martines 2020-21 mövsümündə "İnter" formasında meydana çıxdığı 48 matçda 19 qol vurub.