İspaniya La Liqası tarixində maraqlı qollar, hadisələrlə yadda qalan bu günün tarixinə boylandıq.
Offsideplus.az rəsmi tərəfdaşı La Liqa-ya istinadən xəbər verir ki, 6 iyun 2015-ci ildə "Barselona" tarixində ikinci və sonuncu dəfə üçqat çempion olub. Çempionlar Liqası finalında "Yuventus"u məğlub edən Kataloniya təmsilçisinin qollarına İvan Rakitiç, Luis Suarez və Neymar imza atmışdı. Turin klubundan isə Alvaro Morata fərqlənmişdi.
ÇL kubokunu hazırda "Qətər"in "Əl-Sədd" klubunu çalışdıran "Barselona"nın keçmiş kapitanı Xavi Hernandes qaldırmışdı. "Barselona" həmin vaxtdan bir neçə həftə öncə La Liqa və İspaniya kuboku kuboklarına da sahib çıxmışdı.
Baş məşqçi Luis Enrike 6 il öncə həmkarı Pep Qvardiolanın üç qat çempionluq göstəricisini təkrarlamışdı.