"Barselona" İlayş Moribaya yeni müqavilə təklif etməyi planlaşdırır.

Offsideplus.az "Marca"ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi bir çox Avropa klublarının marağında olan 18 yaşlı mərkəz yarımmüdafiəçisini satmaq istəmir. 

"Barsa" ilə İspaniya kubokunu qazanan gənc ulduzun müqaviləsi 2022-ci ildə başa çatır.