"Barselona" klubunun baş məşqçisi Ronald Kuman daha bir mövsüm də komandada qalacaq.

Offsideplus.az xəbər verir ki, bununla bağlı tərəflər razılıq əldə edib.

Qeyd edək ki, niderlandlı mütəxəssisin rəhbərliyi altında Kataloniya təmsilçisi La Liqanı 79 xalla 3-cü pillədə başa vurub. O, "Barselona"nı ötən ilin avqustundan çalışdırır.