Sonuncu dəfə 2019-cu ildə Azərbaycan millisinə dəvət olunan Eddi İsrafilov "Albasete" ilə vidalaşıb.
Offsideplus.az xəbər verir ki, 38 xalla Sequndanı sonuncu - 22-ci sırada başa vuran klub 29 yaşlı yarımmüdafiəçi də daxil olmaqla, 18 futbolçusu ilə yollarını ayırıb.
Qeyd edək ki, Eddi İsrafilov 2019-cu ildən "Albasete"də çıxış edirdi.