“Qranada” klubu hücumçusu Roberto Soldado ilə yeni müqavilə imzalayıb.
Offsideplus.az xəbər verir ki, 35 yaşlı forvardla müddəti 2022-ci ilin yayına qədər olan sözləşmə imzalanıb.
Qeyd edək ki, Soldado bu mövsüm “Qranada” ilə 42 oyunda 14 qol vurub.