Madrid "Atletiko"su "Liverpul"un futbolçusu ilə yaxından maraqlanır.

Offsideplus.az xəbər verir ki, İspaniya təmsilçisi Nabi Keytanın xidmətində maraqlıdır. 26 yaşlı futbolçunun mersisaydlılarla müqaviləsinin müddəti 2023-cü ilin yayına qədər olsa da, ingilislər onu yaxşı maliyyə şərti qarşılığında satmağa hazırdır. Keytanı heyətində görmək istəyən klublar arasında "Kristal Palas"la "Lester" də var.

Qeyd edək ki, transfer dəyəri 40 milyon avro qiymətləndirilən Qvineya millisinin üzvü cari mövsümdə "Liverpul"da cəmi 16 oyunda meydana çıxıb.