İspaniya La Liqasının sonuncu turunda baş tutacaq "Real Madrid" - "Vilyarreal" matçının vaxtı irəli çəkilib.
Offsideplus.az xəbər verir ki, sözügedən oyunun vaxtı 23 maydan 22 may tarixinə dəyişdirilib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Qarşılaşma, "Atletiko"nun "Valyadolid"lə oyunu başlayan vaxtda - saat 20:00-da keçiriləcək.
Qeyd edək ki, "Atletiko Madrid" 83 xalla turnir cədvəlində liderdir, "Kral klubu" isə 81 xalla ikinci pillədədir.