“İnter” klubunun sabiq futbolçusu Nikola Ventola Lautaro Martinesin yeni ünvanını açıqlayıb.

Offsideplus.az xəbər verir ki, o, argentinalı forvardın Madrid “Atletiko”suna keçəcəyini bildirib.

Qeyd edək ki, Martines bu mövsüm “İnter”lə 46 oyunda 18 qol vurub, 9 məhsuldar ötürmə edib.