"Real"ın baş məşqçisi Zinədin Zidan mövsümün sonu komandanı tərk etmək istəyir.
Offsideplus.az "Mail"ə istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssis "Kral klubu" İspaniya çempionu olsa da, olmasa da baş məşqçi vəzifəsindən getmək istəyir. Fransalı çalışdırıcı mənəvi və fiziki gərginlikdən yorulub.
Zidan "Real"ı tərk etdikdən sonra 5 komandadan birinin başına keçə bilər: "Yuventus", "Tottenhem", Fransa millisi, "Arsenal" və ya PSJ.
Qeyd edək ki, Zinədin Zidan 2019-cu ildən "Real"ın sükanı arxasındadır.