"Barselona"nın zəif çıxışı və uğursuz nəticələri klub rəhbərliyinin səbr kasasını daşırıb.
Offsideplus.az "Catalunya Radio"ya istinadla xəbər verir ki, vəziyyətin bu cür olması Xuan Laportanı konkret addımlar atmağa məcbur edib. Belə ki, prezident baş məşqçi Ronald Kumanla görüşəcək. Görüşün dəqiq hansı tarixdə baş tutacağı açıqlanmasa da, ən qısa vaxtda olacağı dəqiqdir. Laporta Kumandan hesabat tələb edəcək.
Qeyd edək ki, hollandiyalı çalışdırıcının "Barselona" ilə müqaviləsinin müddəti 2022-nin yayına qədərdir.