İspaniya La Liqasının 34-cü turunda "Sevilya" "Atletik"lə üzləşib.

Offsideplus.az xəbər verir ki, Əndəlüs təmsilçisi doğma meydanda rəqibə minimal hesabla uduzub. Bununla da sona 4 tur qalmış "Sevilya" çempionluq yarışındakı şansını çətinə salıb.

Komanda 70 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. "Atletiko" 76 xalla birinci, "Real" və "Barselona" isə 74 xalla 2-ci və 3-cü pillədədir.

Oyunun icmalını təqdim edirik:

"Sevilya" - "Atletik" 0-1 ( İ.Uilyams, 90.)