Superagent Mino Rayola futbolçusu Pol Poqbanın "Real Madrid"ə mümkün keçidi barədə danışıb.

Offsideplus.az xəbər verir ki, AS nəşrinə müsahibə verən Rayola, Pol Poqba və Eden Hazard tranfer mübadiləsinə eyham vurub.

"Zinədin Zidanın rəhbərliyi altında oynamaq Poqba üçün həmişə cazibədar olub. Zidan Poqbanın idealıdır".

O, 28 yaşlı yarımmüdafiəçinin mövsümün sonunda "Mançester Yunayted"dən ayrıla biləcəyini də açıqlayıb: "Mümkün olmayan heç nə yoxdur, lakin futbol günlük işdir. Çevik olmalısınız. Bəlkə sabah "Real" Hazard-Poqba mübadiləsi istəyəcək? Bu sadəcə bir misaldır. Amma 4 tərəfin də xoşuna gələrsə, niyə də yox?".