"Barselona"nın baş məşqçisi Ronald Kuman sıx qrafikdən gileylənir.
Offsideplus.az "Marca"ya istinadla xəbər verir ki, komandasının "Vilyareal" üzərindəki qələbəsindən sonra (2:1) təcrübəli çalışdırıcı bu haqda açıqlama verib: "Komandam mental baxımdan yorulur, nəinki fiziki cəhətdən. Bu həftə iki oyunumuz var. Bilirəm, futbolçular buna öyrəşib. Teleyayımlar vacibdir, amma mənə elə gəlir ki, böyük komandaların təqvimi əvvəldən müzakirə olunmalıdır. Düzdür, titullar üçün mübarizə aparırıq. Amma hərdən artıq güc itiririk".
Qeyd edək ki, Kataloniya təmsilçisi 32 turdan sonra topladığı 71 xalla 3-cü pillədə qərarlaşıb.