11 öncə bu günə dönüb baxsaq, 3 əfsanəvi futbolçunun La Liqada son qollarına imza atdıqlarını görərik.
Offsideplus.az La Liqa-ya istinadən xəbər verir ki, 2010-cu ilin 24 aprelində "Barselona" "Kamp Nou"da "Xeres"i qəbul edirdi. 3:1 hesabı ilə başa çatan matçda Tyerri Anri 35-ci La Liqa qolunu, Zlatan İbrahimoviç isə Kataloniya təmsilçisində keçirdiyi tək mövsümdə 16-cı qolunu vurdu.
Bundan əlavə, həmin axşam "Real Madrid" səfərdə "Real Zaraqoza"nı 2:1 hesabı ilə məğlub etdi. "Kral klubu"nun qələbə qollarından birini vuran "7" nömrəli Raul Qonzalez 550-ci və son La Liqa oyununda 229-cu qoluna imza atdı.
O zaman heç kəs bilmirdi ki, bu üç əfsanə həmin gecə son qollarını vurmaqla yanaşı, mövsümün sonu komandaları tərk edəcəklər...