"Lids"in hücumçusu Co Celhardt İspaniya nəhənglərinin hədəfindədir. 

Offsideplus.az "Don Balon"a iistinadla xəbər verir ki, 18 yaşlı forvarda "Real"la  "Barselona" "elçi düşüb". İspaniya təmsilçilərinin perspektivli gəncin transferi üçün hərəkətə başladığı bildirilib. Futbolçunun dəyəri 30 milyon avro qiymətləndirilir.

İngiltərədə "Runi" ləqəbi ilə məşhurlaşan Co cari mövsümdə "Lids"in əsas komandasında meydana çıxmasa da, U-23 komandasında 16 matçda 11 qol vurmağı bacarıb.