PSJ "Real"ın müdafiəçisi Rafael Varana təklif göndərib.

Offsideplus.az xəbər verir ki, bu barədə AS məlumat yayıb. Fransız müdafiəçinin "Kral klubu" ilə yeni anlaşmanın şərtlərində ortaq məxrəcə gələ bilmədiyini nəzərə alsaq, vətəninə yollanmaq şansı yüksək görünür. 

Qeyd edək ki, "Real"la müqaviləsinin müddəti 2022-nin yayında başa çatacaq Varanla "Mançester Yunayted" də yaxından maraqlanır ki, futbolçu karyerasını İngiltərə Premyer Liqasında davam etdirmək istəyir.