Almaniya millisinin, "Real" və "Yuventus"un sabiq futbolçusu karyerasını "Betis"də davam etdirə bilər.

Offsideplus.az "Todo Fichajes"ə istinadla xəbər verir ki, Sevilya təmsilçisi "Herta"lı Sami Xediranın xidmətində maraqlıdır. Mənbənin verdiyi məlumata görə, "Betis" rəsmiləri 34 yaşlı futbolçunun agenti ilə görüşüb. Son söz Xediranın olacaq.

Qeyd edək ki, DÇ-2014-ün qalibi bu ilin fevralında "Yuventus"u "Herta"ya dəyişmişdi. Cari mövsümdə Bundesliqada meydana çıxdığı 6 matçda 1 məhsuldar ötürmə ilə yadda qalıb. Berlinlilərlə müqaviləsi 2 aydan sonra başa çatacaq.