"Barselona"nın baş məşqçisi Ronald Kuman sabah "Xetafe" ilə baş tutacaq oyundan öncə açıqlama verib.
Offsideplus.az "Marca"ya istinadən xəbər verir ki, 58 yaşlı mütəxəssis jurnalistlərin Avropa Super Liqası barədə suallarına belə cavab verib:
"Dünən klubun prezidenti ilə danışdım və mənə məsələnin nə yerdə olduğunu izah etdi. Ən yaxşısı fikir bildirməməkdir. Kimsə gələcəkdə nə baş verəcək bilmir, ona görə də gözləməliyik. Klub üçün ən yaxşısını istəyirəm, deyəcəyim bu qədərdir. Mən spiker deyiləm, bu prezidentin işidir, mənim buradakı işim komandanı hazırlaşdırmaqdır".
Qeyd edək ki, 12 klubdan 10-u Avropa Super Liqasını tərk etdiyini açıqlayıb. Təkcə "Real" və "Barselona" klubları heç bir açıqlama verməyib.